AMB: “AtaSığorta”nın aktivləri onun öhdəliklərini qarşılamağa imkan verir
Ləğv prosesində olan “AtaSığorta” ASC-nin aktivləri onun öhdəliklərini qarşılamağa imkan verir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
“Aparılmış hesablamalara əsasən sığorta müqavilələri portfeli “Atəşgah Sığorta” ASC-yə ötürüldükdən sonra mövcud aktivlər öhdəlikləri qarşılamağa kifayət edəcək”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, AMB “Atasığorta”nın lisenziyasını ötən həftə ləğv edib


















