Attestatlar elektron formada veriləcək
“Bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcək.


















