Bank

Son 2 ayda valyuta hərraclarına tələb olmayıb, satışlar baş tutmayıb - SƏBƏB

Valyuta hərraclarına tələb olmayıb, satışlar baş tutmayıb

Son iki ayda Azərbaycanda valyuta hərracları keçirilməyib.

ENA.az xəbər verir ki, bu barədə Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, buna səbəb bazarda tələb olmamasıdır.

Belə ki, Dövlət Neft Fondu tərəfindən büdcəyə transfert məqsədilə satışa çıxarılan ABŞ dollarına alıcı tapılmayıb.

Mövcud vəziyyət onu göstərir ki, aprel ayında sözügedən 1 milyard ABŞ dollarından artıq vəsaiti Azərbaycan Mərkəzi Bankı alaraq qarşılığında manat kütləsi təqdim edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)