Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edilib
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.
ENA.az xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin may ayına kimi Rəqəmsal Tibbi Həllər-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb. 2021-ci ilin may ayından 2024-cü ilin yanvar ayına kimi isə İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub.
İbrahim İbrahimov 2006–2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.


















