Gündəm

Tramp: ABŞ pilotları F-22-dən dörd dəfə sürətli uçan naməlum obyekt görüblər

ABŞ Prezidenti Donald Tramp qeyri-adi dərəcədə yüksək sürət yığa bilən naməlum uçan obyektləri gördüklərini iddia edən amerikalı hərbi pilotlarla şəxsən söhbət etdiyini bildirib.

ENA.az xəbər verir ki, Amerika lideri bu barədə "Newsmax" telekanalına müsahibəsində danışıb.

"Mən belə şeylərə o qədər də inanmırdım. Mənim ancaq bu barədə danışan dostlarım var. Amma dəqiq bilirəm ki, biz olduqca qəribə şeylər görürük", - Tramp bildirib.

Prezidentin sözlərinə görə, o, uçuşlar zamanı müşahidə edilən qeyri-adi hadisələr barədə danışan ABŞ Hərbi Hava Qüvvələrinin beş və ya altı pilotu ilə söhbət edib.

Tramp iddia edib ki, pilotlardan biri Amerikanın "F-22" qırıcısından dörd dəfə sürətlə hərəkət edən dairəvi obyekt müşahidə edib.

"Mən soruşdum: "Bəlkə bu, komet və ya başqa bir şey idi?" O cavab verdi: "Xeyr, cənab", - ABŞ Prezidenti danışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)