İnşaat və əmlak

Yaponiyada TOD modeli ilə yeni qəsəbə salınıb

Tokionun şimalında "Koshigaya Laketown" adlı ərazidə TOD (Ictimai Nəqliyyat Yönümlü İnkişaf) modeli ilə yeni qəsəbə salınıb.

ENA.az xəbər verir ki, bunu Yaponiyanın Qlobal Məsələlər İdarəsinin Şəhər İntibah Agentliyinin nümayəndəsi Fujita Ryo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, layihə yeni dəmir yolu stansiyasının və irimiqyaslı su tutarının (retention pond) tikintisini də əhatə edib: "​Bu ərazi mərkəzi Tokiodan 22 km şimalda, Koşiqaya şəhərində yerləşir. Əvvəllər ora tez-tez daşqınlardan zərər çəkirdi. Oövrdəki sürətli urbanizasiya daşqınlara nəzarət və nizamsız şəhər genişlənməsinin qarşısını almaq üçün hərtərəfli tədbirlərin görülməsi zərurətini daha da artırdı. Beləliklə, su tutarının ətrafında mərkəzləşən, şəhər mühiti ilə sahilboyu sahəni harmoniyada birləşdirən yeni bir qəsəbə planlaşdırıldı.

Ümumi torpaq sahəsi 226 hektardır, bunun 39 hektarını irimiqyaslı su tutarı təşkil edir. Mərkəzdə yeni bir stansiya, yaxınlığında isə böyük bir ticarət mərkəzi tikilib. Təxminən 20 il ərzində torpaqların yenidən qurulması metodundan istifadə edərək infrastrukturun inkişafı təmin edilb. ​TOD perspektivindən yanaşsaq, ərazilərin böyük hissəsi stansiyadan piyada 15 dəqiqəlik məsafədə olacaq şəkildə layihələndirilib. Avtobuslara və digər nəqliyyat növlərinə rahat keçid imkanı yaradan stansiya meydanı tikilib, həmçinin əsas yollar boyu velosiped zolaqları salınıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)