Bank

Azərbaycanlılar pullarını hansı banklara etibar edir: AFB Bankda 240% artım, Xalqbank-da 5,4 faiz azalma

2025-ci ilin sentyabrından 2026-cı ilin sentyabrına qədər banklarda fiziki şəxslərin əmanətləri üzrə rəqabət daha da kəskinləşib. Kapital Bank və ABB liderliyini qoruyur, Azər-Türk Bank əmanət bazasında sıçrayış edir, Xalq Bank isə əvvəlki ilin göstəriciləri ilə müqayisədə geriləyir. Təkcə iyul-sentyabr aylarında əhali bu bankdan 140 milyon manatını geri çəkib.

Bəzi banklarda isə artım ikirəqəmli olduğu halda, digərlərində əmanət həcmi ya azalıb, ya da demək olar ki, dəyişməyib.

Əmanət bazarı bankların maliyyə vəziyyətini qiymətləndirmək üçün vacib göstəricilərdən biridir. Əhalinin banklarda saxladığı vəsaitlər maliyyələşmə mənbəyidir, eyni zamanda müştərilərin banklara etimadının və bankların təklif etdiyi şərtlərin rəqabət qabiliyyətinin göstəricisi kimi də izlənilir.

Bir ildə hansı bank nə qədər əmanət cəlb edib?

Aşağıdakı cədvəldə hər iki reytinqdə göstəricisi olan 20 bankın 2025-ci ilin III rübü ilə 2026-cı ilin III rübü müqayisə edilir. Məbləğlər milyon manatladır.

Bank

III rüb 2025

III rüb 2026

Dəyişmə, mln ₼

İllik dinamika

ABB

3 147,0

4 145,1

+998,1

+31,7%

Kapital Bank

3 092,5

4 095,1

+1 002,6

+32,4%

PAŞA Bank

1 759,7

1 977,9

+218,2

+12,4%

Unibank

1 005,4

1 112,3

+106,9

+10,6%

Yelo Bank

879,4

945,7

+66,3

+7,5%

Bank of Baku

638,9

913,9

+275,0

+43,0%

AccessBank

860,8

897,7

+36,9

+4,3%

Rabitəbank

550,9

620,2

+69,3

+12,6%

Bank Respublika

602,5

604,7

+2,2

+0,4%

TuranBank

386,3

384,8

−1,5

−0,4%

Azərbaycan Sənaye Bankı

309,9

302,4

−7,5

−2,4%

Azər-Türk Bank

203,5

344,8

+141,3

+69,4%

Expressbank

254,5

350,0

+95,5

+37,5%

Premium Bank

302,0

309,5

+7,5

+2,5%

Ziraat Bank Azərbaycan

183,4

204,9

+21,5

+11,7%

AFB Bank

72,7

235,5

+162,8

+223,9%

Yapı Kredi Bank Azərbaycan  

88,9

105,5

+16,6

+18,7%

Bank VTB (Azərbaycan)

76,8

126,6

+49,8

+64,8%

Bank Avrasiya

55,3

80,4

+25,1

+45,4%

ABB -  4,15 milyard manat

Bir ildə fiziki şəxslərin əmanətləri 998,1 milyon manat və ya 31,7% artıb. ABB reytinqdə birinci yerdədir və əmanət portfelini təxminən 1 milyard manat genişləndirib.

Kapital Bank - 4,10 milyard manat

Artım 1 milyard manatı keçərək 1 milyard 2,6 milyon manat təşkil edib. İllik artım 32,4%-dir. Beləliklə, ilk iki bank arasında rəqabət davam edir, lakin ABB ilə fərq təxminən 50 milyon manatdır.

Bank of Baku - 913,9 milyon manat

Əmanətlər 275 milyon manat və ya 43% artıb. Bank reytinqdə yeddinci yerdən altıncı yerə yüksəlib və AccessBank-ı geridə qoyub.

Bu nəticələr göstərir ki, əmanət bazarında yalnız iri banklar deyil, orta ölçülü banklar da mövqelərini gücləndirə bilir. Lakin cəlb edilən əmanətlərin həcmi ilə onların banka nə qədər gəlir gətirdiyi fərqli məsələlərdir.

Ən sürətli artım AFB Bank və Azər-Türk Bankdadır

AFB Bankın fiziki şəxslərin əmanətləri 72,7 milyon manatdan 235,5 milyon manata yüksəlib. Artım 162,8 milyon manat və ya 223,9% təşkil edib. Faiz ifadəsində bu, müqayisədə ən yüksək dinamika olsa da, bankın ilkin əmanət bazasının kiçik olması nəticəyə təsir edir. Üstəlik əmanətlər üzrə yüksək faiz təklifi də artımda mühüm rol oynayır. 

Azər-Türk Bankda əmanətlərin həcmi 203,5 milyon manatdan 344,8 milyon manata çatıb. Artım 141,3 milyon manat və ya 69,4%-dir. Bankın reytinqdə 14-cü yerdə qərarlaşması fonunda bu dinamika xüsusi diqqət çəkir.

Bank VTB-də də əmanətlər 64,8%, Bank Avrasiya-da 45,4%, Expressbank-da isə 37,5% artıb. Bu göstəricilər həmin bankların əmanət bazasını sürətlə genişləndirdiyini göstərir.

Hansı banklar geriləyib?

Müqayisə edilən banklar arasında əmanət həcmi üç bankda azalıb: Xalq Bank 2025-ci il üzrə bu rəqəmi açıqlamadığından yalnız bu ilin 3 ayına baxdıqda portfeldə 5,4% kiçilmə ba. verib.  

Azərbaycan Sənaye Bankı: 309,9 milyon manatdan 302,4 milyon manata — 2,4% azalma.

TuranBank: 386,3 milyon manatdan 384,8 milyon manata — 0,4% azalma.

Bank Respublika və Premium Bankda isə dəyişiklik məhduddur: müvafiq olaraq 0,4% artım və 2,5% artım qeydə alınıb. Əmanətlərin azalması mütləq müştəri etimadının itirilməsi demək deyil. Bu, müddəti başa çatan depozitlərin geri götürülməsi, vəsaitlərin başqa banklara və ya maliyyə alətlərinə yönəlməsi, yaxud bankın əmanət cəlb etmə strategiyasının dəyişməsi ilə bağlı ola bilər.

Əmanət artımı bankın gücünü təkbaşına müəyyən etmir

Əmanət portfelinin böyüməsi bank üçün maliyyələşmə imkanlarını genişləndirir. Bununla belə, yüksək faizlə cəlb edilən depozitlər bankın xərclərini də artırır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)