Jaguar Land Rover 4 min əməkdaşını ixtisar edəcək
Britaniyanın avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) qarşıdakı iki il ərzində dünya üzrə təxminən 4 min iş yerini ixtisar edəcək.
ENA.az xəbər verir ki, şirkət bu addımla 1,7 milyard funt sterlinq (2,3 milyard ABŞ dolları) qənaət etməyi və başabaş nöqtəsini illik 300 min avtomobilə endirməyi hədəfləyir. İxtisarlar əsasən maaşlı əməkdaşlar və idarəetmə heyətini əhatə edəcək.
JLR artan xərclər, ABŞ-ın gömrük tarifləri, Çində zəif tələb, kibertəhlükəsizlik hücumunun nəticələri və BYD kimi Çin avtomobil istehsalçılarının güclənən rəqabəti ilə üzləşir. Şirkət bununla yanaşı, növbəti beş ildə elektrikləşmə və digər texnologiyalara 15-18 milyard funt sterlinq investisiya etməyi planlaşdırır.


















