Azərbaycanda pul bazası mayda 3 %-dən çox artıb
Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 24 milyard 105,6 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 3,4 % çoxdur.
Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,3 %, son 1 ildə isə 16,85 % artıb.


















