Kredit bazarının lideri ABB-dir, gəlir lideri isə Kapital Bankdır - TƏHLİL
2026-cı ilin ilk yarısı göstərir ki, Azərbaycan bank sektorunda kredit portfelinin həcmi ilə gəlirlilik arasında birbaşa xətti əlaqə yoxdur. Kredit bazarının lideri ABB olsa da, faiz gəlirlərinin lideri Kapital Bankdır. Bank of Baku, AccessBank və Unibank kimi banklar isə daha kiçik portfellə işləmələrinə baxmayaraq, hər manat kreditdən daha yüksək faiz gəliri əldə edirlər. Bu isə bankların fərqli biznes modellərinə və kredit strategiyalarına üstünlük verdiyini göstərir.
Kredit portfelinin həcminə görə ilk üçlük belədir:
|
Bank |
Kredit portfeli (mln manat) |
Faiz gəliri (mln manat) |
|
ABB |
7 602.0 |
613.2 |
|
Kapital Bank |
5 953.9 |
630.7 |
|
PAŞA Bank |
3 624.8 |
287.7 |
Maraqlıdır ki, ABB ən böyük kredit portfelinə malik olsa da, faiz gəlirlərində Kapital Bank onu qabaqlayır. Kapital Bank ABB-dən təxminən 1,65 milyard manat daha kiçik kredit portfelini idarə etsə də, 17,5 milyon manat daha çox faiz gəliri əldə edib. Bu isə göstərir ki, Kapital Bank kredit portfelini daha yüksək gəlirliliklə idarə edir.
Ən yüksək faiz marjası hansı banklardadır?
Kredit portfeli ilə faiz gəlirlərinin nisbətini (Faiz gəliri / Kredit portfeli) hesabladıqda maraqlı mənzərə yaranır.
|
Bank |
Gəlir marjası |
|
Bank Melli İran Bakı filialı |
84.4% |
|
Bank of Baku |
9.9% |
|
Unibank |
9.8% |
|
AccessBank |
10.2% |
|
Yelo Bank |
9.2% |
|
Bank Respublika |
9.4% |
|
Kapital Bank |
10.6% |
|
ABB |
8.1% |
|
PAŞA Bank |
7.9% |
|
Xalq Bank |
5.8% |
|
Premium Bank |
4.1% |
Bank Melli İranın göstəricisini çox kiçik portfelə görə müqayisə üçün nümunə olaraq götürmək məqbul hesab edilmir.
Pərakəndə kreditləşmə daha çox qazandırır
Ən yüksək marjaya malik bankların əksəriyyəti - Kapital Bank, AccessBank, Bank of Baku, Unibank, Bank Respublika, əsasən istehlak kreditləri, kart kreditləri, mikro və KOB, yüksək faizli istehlak kreditləri üzərində fəaliyyətlərini qururlar.
Belə kreditlər iri korporativ kreditlərlə müqayisədə daha yüksək faizlə verildiyindən bankın gəlirliliyi artır.
Böyük banklar daha aşağı marja ilə işləyirlər
ABB və PAŞA Bankın faiz marjasının nisbətən aşağı olması təsadüfi deyil. Bu banklar daha çox iri biznes layihələrini, dövlət müəssisələrini, korporativ müştəriləri, iri investisiya layihələrini maliyyələşdirirlər. Bu seqmentdə risk aşağı olduğundan kredit faizləri də aşağı olur. Yəni, böyük portfel həmişə yüksək gəlirlilik demək deyil. Əksinə, iri banklar daha aşağı marja hesabına daha böyük həcmdə kreditləşmə aparırlar.
Xalq Bank diqqət çəkir
Xalq Bankın kredit portfeli 1,78 milyard manat olduğu halda faiz gəliri 102,9 milyon manatdır. Nəticədə gəlirlilik göstəricisi təxminən 5,8% təşkil edir ki, bu da ilk onluqdakı banklar arasında ən aşağı göstəricilərdən biridir. Bu, bankın əsasən iri korporativ müştərilər və aşağı faizli kreditlər üzrə fəaliyyət göstərdiyini göstərir.
Bank of Baku və AccessBank yüksək gəlirlilik modelini qoruyur
Bank of Baku kredit portfeli - 1,06 milyard manat, faiz gəliri - 105,3 milyon manatdır.
AccessBank isə 1,38 milyard manat kredit portfelindən 141,3 milyon manat faiz gəliri əldə edib. Hər iki bank kredit portfelindən gəlir əldə etmək baxımından bazarın ən effektiv iştirakçıları sırasında görünür.
Bankların kredit portfeli və faiz gəlirləri üzrə Renkinqi
|
№ |
Bank |
Kredit portfeli (II 2026, mln ₼) |
Faiz gəlirləri (II 2026, mln ₼) |
|
1 |
Kapital Bank |
5953.9 |
630.7 |
|
2 |
ABB |
7602.0 |
613.2 |
|
3 |
PAŞA Bank |
3624.8 |
287.7 |
|
4 |
Bank Respublika |
1701.6 |
159.2 |
|
5 |
Unibank |
1464.5 |
143.3 |
|
6 |
AccessBank |
1381.4 |
141.3 |
|
7 |
Bank of Baku |
1060.8 |
105.3 |
|
8 |
Xalq Bank |
1776.8 |
102.9 |
|
9 |
Yelo Bank |
1107.3 |
101.7 |
|
10 |
Rabitəbank |
995.1 |
77.6 |
|
11 |
Azər Türk Bank |
828.2 |
69.8 |
|
12 |
Ziraat Bank Azərbaycan |
831.7 |
57.7 |
|
13 |
TuranBank |
699.5 |
56.6 |
|
14 |
Expressbank |
567.8 |
45.9 |
|
15 |
Yapı Kredi Bank Azərbaycan |
496.7 |
32.5 |
|
16 |
AFB Bank |
394.4 |
24.2 |
|
17 |
Azərbaycan Sənaye Bankı |
405.4 |
23.1 |
|
18 |
Premium Bank |
496.468 |
20.3 |
|
19 |
Bank VTB (Azərbaycan) |
280.6 |
19.9 |
|
20 |
Bank Avrasiya |
142.3 |
8.7 |
|
21 |
Bank Melli İran Bakı filialı |
3.2 |
2.7 |

















