MALİYYƏ

ADB Azərbaycanda inflyasiya proqnozunu dəyişməyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyini, 2027-ci ildə isə 4,9 %-dək azalacağını proqnozlaşdırır.

ENA.az bu barədə Asiya İnkişaf Bankının "Asiyanın İnkişaf Perspektivləri" (ADO) adlı iyul icmalına istinadən xəbər verir. Bankın aprel proqnozu da eyni olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-lə müqayisədə 5,6 % təşkil edib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % olacaq.

BMT isə bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

"Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % səviyyəsində olacağını gözləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)