PAŞA Bank Miles&Smiles kart bazasını 50 minə çatdırmağı hədəfləyir
PAŞA Bank və Türk Hava Yolları əməkdaşlığı genişləndirir
Bu gün PAŞA Bank ilə Türk Hava Yolları arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə ortaq markalı Miles&Smiles kartının üstünlüklərinin daha da genişləndirilməsini nəzərdə tutur.
PAŞA Bankın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev bildirib ki, indiyədək 29 mindən çox müştəriyə bu kart təqdim olunub. Onun sözlərinə görə, istifadəçilər 84 mindən çox mil hesabına aviabiletlər əldə ediblər.
“Gəzmək, başqa mədəniyyətləri görmək insanın inkişafı üçün çox vacibdir. Belə kampaniyalar sayəsində bu xəyalları gerçəkləşdirmək mümkün olur. Hesab edirəm ki, bu sahədə kart bazasını 50 minə çatdıra biləcəyik”, – deyə B.Nağıyev qeyd edib.

















