Tramp: Hürmüz boğazının adını “Tramp boğazı” qoyaq
ABŞ Prezidenti Donald Tramp Hürmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edib.
Tramp sosial media hesabında paylaşdığı açıqlamada Hürmüz boğazının artıq ABŞ-ın nəzarətində olduğunu iddia edib və onun adının dəyişdirilməsinin mümkünlüyünü gündəmə gətirib.
“Artıq buranı ABŞ-ın nəzarəti altına aldığımıza görə, Hürmüz boğazının adını ‘Tramp boğazı’ olaraq dəyişdirməliyikmi?” – deyə Tramp yazıb. O, bu addımın boğazı ABŞ-ın özü kimi daha da məşhur edəcəyini bildirib.
Tramp daha əvvəl də Hürmüz boğazının ABŞ hərbi-dəniz qüvvələrinin nəzarətində olduğunu və ərazinin “ABŞ torpağı” elan edilə biləcəyini bildirmişdi.
Hürmüz boğazı Yaxın Şərqdən qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Regionda ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda Trampın bu açıqlaması boğazla bağlı mübahisələri daha da gündəmə gətirib.














