İnşaat və əmlak

Azərbaycanda yeni park salınacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Gəncədə salınacaq parkın layihələndirilməsinə 190 min manata yaxın vəsait ayırır.

ENA.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Gəncə şəhərində tikilməsi nəzərdə tutulan parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma müsabiqəsi elan edib.

Müsabiqə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 95 ünvanında inşa olunacaq parkın layihə-smeta sənədlərinin hazırlanmasını əhatə edir.

Satınalmanın ehtimal olunan dəyəri 189 803 manat təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)