Gündəm

ABŞ İrana qarşı ilk dəfə "B-1 Lancer" bombardmançısından istifadə edib

ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin bərpasından sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançısından istifadə edib.

ENA.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, "B-1" bombardmançısının ilk döyüş uçuşu ABŞ-ın İrana qarşı hərbi kampaniyasının genişləndirilməsinin göstəricisi hesab olunur.

Mənbələrin bildirdiyinə görə, strateji bombardmançının iştirakı ilə həyata keçirilən zərbə üçün Böyük Britaniyada yerləşən hərbi bazadan istifadə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)