ARDNF və AMB-nin valyuta ehtiyatlarının həcmi açıqlanıb
Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 753,6 milyon ABŞ dolları təşkil edib.
ENA.az xəbər verir ki, bunun 84,7 %-i və yaxud 72 milyard 596 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,3 %-i və yaxud 13 milyard 157,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 580,9 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 919,9 milyon ABŞ dolları və yaxud 1,3 % az, AMB-nin valyuta ehtiyatlarında isə 1 500,8 milyon ABŞ dolları və yaxud 12,9 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 084,1 milyon ABŞ dolları və yaxud 10,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 080,4 milyon ABŞ dolları və yaxud 9,1 % artım, AMB-nin valyuta ehtiyatları isə 2 003,7 milyon ABŞ dolları və yaxud 18 % artım nümayiş etdirib.
|
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
|
01.07.2026 |
72 596,0 |
13 157,6 |
85 753,6 |
|
01.04.2026 |
73 515,9 |
11 656,8 |
85 172,7 |
|
01.01.2026 |
73 541,5 |
11 514,9 |
85 056,4 |
|
01.10.2025 |
70 161,7 |
11 310,5 |
81 472,2 |
|
01.07.2025 |
66 515,6 |
11 153,9 |
77 669,5 |

















