Birja

Neftin qiyməti atəşkəs gözləntiləri fonunda geriləyib (25.09.2026)

Neftin qiyməti ABŞ və İran arasında atəşkəs ehtimalının artması və Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda geriləyib.

ENA.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,82% azalaraq bir barel üçün 105,73 dollara, Qərbi Texas nefti (WTI) isə 1,65% ucuzlaşaraq 93,05 dollara düşüb. Bununla belə, “Brent” həftəlik hesablamada 2,09% bahalaşıb.

Bazar iştirakçıları ABŞ və İran arasında mümkün atəşkəs və münaqişədən mərhələli çıxış planına dair xəbərləri izləyirlər. Danışıqlara yaxın mənbələrə görə, tərəflər Hürmüz boğazının yenidən açılması və ABŞ-ın İrana qarşı iqtisadi blokadanı aradan qaldırmasını nəzərdə tutan yol xəritəsi üzərində çalışırlar.

Digər tərəfdən, Yəməndəki husilərin Səudiyyə Ərəbistanına raket hücumları neft infrastrukturuna dair riskləri gündəmdə saxlayır. Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri ilə xam neft nəqlini artırdığı bildirilsə də, tankerlərin yüklənməsinin hələ bərpa olunmadığı qeyd edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)