Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanın daxili dövlət borcunda azalma qeydə alınıb

Azərbaycanın daxili dövlət borcunda azalma qeydə alınıb

Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon ABŞ dolları təşkil edib.

ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7 % azdır.

Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 12,2 %-ni təşkil edib.

Qeyd edək ki, azalma dövlətin qiymətli borc kağızlarının tədavülünin həcmindəki düşmə ilə bağlıdır. Belə ki, Maliyyə nazirliyinin borc kağızları daha az intensivliklə bazara daxil olur.