Orta Dəhlizlə Britaniyaya ilk dəfə yük göndərilib
Qazaxıstan Dəmir Yolu" Səhmdar Cəmiyyəti (SC) Ekibastuz şəhərindən Böyük Britaniyaya ilk dəfə olaraq multimodal mineral gübrə daşınmasını təşkil edib.
ENA.az xəbər verir ki, daşınma dəmir yolu və dəniz nəqliyyatından istifadə olunmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə təşkil edilib.
Yüklər Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Poti və Batumi limanlarından dəniz yolu ilə İngiltərənin Felikstou limanına çatdırılacaq.
Yeni marşrut Qazaxıstanın gübrə istehsalçılarına Böyük Britaniyaya ixracı artırmaq imkanı yaradacaq.


















