Bank

Azərbaycanda pul bazasının həcmi: 1 ildə 13 % artıb

Bu il avqustun 1-nə Azərbaycanda pul bazası 23 milyard 942,6 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, iyulun 1-i ilə müqayisədə 1,8 % azdır.

Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 6,55 %, son 1 ildə isə 12,7 % artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)