Rəsmi

Yeni səfirlərimiz onlar oldu

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Ətraflı

Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, E.Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İmzalanan daha bir Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)