Sosial

Azərbaycanda gələn il orta pensiyanın 640 manat olacağı gözlənilir

Bu il Azərbaycanda orta pensiyanın 595 manat, gələn il isə bundan 45 manat çox - 640 manat olacağı gözlənilir.

ENA.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda - "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əmək haqqının 50 %-dən az olmaması qorunacaq. Bununla da, pensiyalar Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 %-lik minimum norması haqqında müvafiq konvensiyasına cavab verəcək", - deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib: "Bu meyar gələn ildə də qüvvədə olacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)