Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı açıqlandı

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 905 579 təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirib ki, yanvar-oktyabr aylarında ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 7,5 % artaraq 62 779 olub.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 6,8 % artımla 248 695 təşkil edib.











