OPEC: Azərbaycanda gündəlik neft hasilatı azalıb
Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 448 min barel təşkil edib. OPEC-in aylıq hesabatına görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 7 min barel az olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqustda faktiki hasilat 103 min barel geriləyib.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. İkinci rübdə isə bu rəqəm 456 min barel olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
Həmçinin hesabatda bu ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracının orta hesabla 503 min barel təşkil etdiyi də qeyd olunub. Bu, ötən iyun ayı ilə müqayisədə BTC ilə neft nəqli 8 % və ya gündəlik 44 min barel azalmasl deməkdir.
Ümumilikdə, bu ilin iyulunda BTC boru kəməri ilə neft nəqli keçən ilin iyul göstəricisinə nisbətən 3 % və ya 14 min barel/gün azalıb.
Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.


















