MALİYYƏ

Azərbaycanda 7 ayda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub.

ENA.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, elektron satınalmaların məbləği isə 12,5 % artaraq 2 milyard 341,2 milyon manat olub.

Hesabat dövründə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub. O cümlədən, açıq tenderlər üzrə orta iştirakçı sayı 3,7, kotirovka sorğuları üzrə isə 3,4 olub.

Bildirilib ki, elektron satınalmaların həcminin artması dövlət satınalmalarında rəqəmsallaşma səviyyəsinin yüksəldiyini, satınalma proseslərinin daha əlçatan müstəviyə keçdiyini və rəqabət mühitinin genişləndirilməsi istiqamətində müsbət dinamikanın formalaşdığını göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)