Bank

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, hazırda 41 102 fiziki və 104 hüquqi şəxs, ümumilikdə 41 206 şəxs Azərbaycan banklarında pay sahibidir.

Unikal bank səhmdarı olan fiziki şəxslərin malik olduqları səhmlərin ümumi dəyəri 1 milyard 298 milyon 994 min 948 manat, hüquqi şəxslərin malik olduqları səhmlərin ümumi dəyəri 3 milyard 217 milyon 803 min 806 manatdır. Beləliklə, sektor üzrə səhmlərin ümumi dəyəri 4 milyard 516 milyon 798 min 754 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)