Bank

ADB Azərbaycanda istiqraz buraxılışını nəzərdən keçirir

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda istiqraz buraxılışının təşkilinə köməklik məqsədilə innovativ maliyyələşdirmə sahəsi üzrə ixtisaslaşmış beynəlxalq fərdi məsləhətçi seçimi prosesini başladıb.

Bu barədə ENA.az ADB-yə istinadən xəbər verir.

Müsabiqə əsasında seçim prosesi regional texniki yardım layihəsi olan "Mərkəzi və Qərbi Asiya regionunda suveren qurumların innovativ maliyyə alətlərinin tətbiqi istiqamətində potensialının artırılması Proqramı" çərçivəsində aparılır.

Məsləhət xidmətlərinin maliyyələşdirilməsi üçün 35 min ABŞ dolları həcmində vəsait ayrılıb. Məsləhətçinin ümumi fəaliyyət müddəti 33 iş günü olaraq təyin olunub.

Maraqlanan namizədlərin müraciətləri sentyabrın 27-dək qəbul ediləcək. Məsləhətçinin işə başlama tarixi dekabrın 1-i nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)