Gündəm

Bessent: İranın bütün hava yolları 23 sentyabrdan bağlanacaq

ABŞ-ın İranın hava yolu şirkətlərinə qarşı təzyiqi artıracağı açıqlanıb.

ENA.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent İranın bütün hava yolu şirkətlərinin sentyabrın 23-dən etibarən dünya üzrə fəaliyyətini dayandıracağını bildirib.

Bessent qeyd edib ki, xarici hava limanları İran təyyarələrinə yanacaq doldurarsa, eniş xidmətləri göstərərsə və ya bilet satarsa, həmin qurumlar ABŞ dolları maliyyə sistemindən kənarlaşdırıla bilər. Onun sözlərinə görə, Vaşinqton İran üzərində iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırıb.

ABŞ Maliyyə Nazirliyi ötən həftə İranın aviasiya sektoruna dəstək göstərməkdə ittiham olunan 36 quruma qarşı sanksiyalar tətbiq edib. Yeni tədbirlər İranın beynəlxalq aviasiya əlaqələrinin məhdudlaşdırılmasına yönəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)