Proqram həlləri

Vergi hesabatlarınızı SİMA İmza ilə təqdim edin – 6 ay pulsuz!

Vergi ödəyiciləri oktyabr ayında vergi hesabatlarını “SİMA İmza” vasitəsilə tam rəqəmsal formada təqdim edə biləcəklər.

“SİMA İmza”nın məlumatına görə, ƏDV, gəlir, mənfəət, sadələşdirilmiş və vahid bəyannamələr elektron qaydada təqdim oluna bilər.

Bundan əlavə, “6AYPULSUZ” promokodu ilə “SİMA İmza” tətbiqi üzərindən biznes imzasını əldə edən istifadəçilər ilk 6 ay ərzində ödənişsiz xidmət əldə edə bilərlər.

Biznes imzasının tarifləri açıqlanıb

Kampaniya müddəti başa çatdıqdan sonra biznes imzasından istifadə üçün abunəlik tarifləri belə olacaq:

  • Aylıq: 2,40 manat
  • İllik: 25 manat
  • 3 illik: 55 manat

Şirkət bildirir ki, biznes imzasının əldə edilməsi zamanı abunəlik haqqından əlavə gizli və ya əlavə xərc tutulmur.

Vergi hesabatları rəqəmsal təqdim edilə bilər

“SİMA İmza” fərdi sahibkarlara və hüquqi şəxslərə vergi hesabatlarını məkan və vaxt məhdudiyyəti olmadan elektron şəkildə təqdim etməyə imkan verir.

Şirkətin məlumatına görə, “SİMA İmza” üzərindən müxtəlif rəqəmsal əməliyyatlar həyata keçirilir və platformanın dövlət və özəl qurumlarla inteqrasiyası genişləndirilir.

“SİMA İmza” yeni nəsil rəqəmsal imza həlli kimi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb.

Vergi ödəyicilərinə hesabatlarını son günə saxlamadan rəqəmsal formada təqdim etmək tövsiyə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)