İranın neft naziri istefa verib
İranın neft naziri Möhsün Paknejad istefa verib.
Bu barədə İran prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Məhəmməd Mehdi Təbətəbai məlumat verib.
Məlumata görə onun istefasını qəbul edən prezident Məsud Pezeşkian İranın neft şirkətinin rəhbəri Həmid Bordu neft naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.
İstefanın səbəbi açıqlanmayıb.


















