Bank

Azərbaycan yüksək bank təmərküzləşməsinə hələ hazır deyil

Azərbaycanda yüksək bank təmərküzləşməsinə hələ hazır deyilik.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təmərküzləşmə bütün sistem əhəmiyyətli bankların fəaliyyət göstərdiyi ölkələrdə mövcuddur: "Həmin ölkələrdə müəyyən banklar digərləri ilə müqayisədə daha böyük bazar payına malikdir. Dünya üzrə 130-dan çox ölkənin əksəriyyətində bu xarakterik xüsusiyyət müşahidə olunur. Söhbət təmərküzləşmənin hansı səviyyədə olması və necə tənzimlənməsindən gedir. Son 4 ildə təmərküzləşmə faktiki olaraq azalıb, yəni böyük bankların bazar payı kiçilib, kiçik bankların mövqeyi isə bir qədər yaxşılaşıb".

Ş.Mahmudzadə qeyd edib ki, böyük bankların maliyyələşmə xərcləri ilə kiçik bankların maliyyələşmə xərcləri arasında müəyyən fərqlər var: "Bununla yanaşı, böyük bankların daşınmaz əmlak və digər sistemlərlə işləmək imkanları daha genişdir. Əgər lisenziyaların alınması və ya digər məsələlərlə bağlı məhdudiyyətlər tətbiq olunarsa, bu, təmərküzləşməni daha da artıra bilər. Azərbaycanda isə orta səviyyəli təmərküzləşmə müşahidə olunur və biz hələ yüksək səviyyəli təmərküzləşməyə hazır deyilik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)