AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında korporativ idarəetmə tələblərini yeniləyəcək.
ENA.az xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens” adlı tədbirdə bildirib.
“Hazırda müxtəlif tövsiyələr arasından bank sektorunda korporativ idarəetməni növbəti səviyyəyə yüksəldə, sektorun fəaliyyətinə dəstək verə biləcək müddəaları normativ çərçivəyə daxil etməyə hazırlaşırıq. Bu istiqamətdə daxili müzakirələr artıq yekunlaşmaq üzrədir. Yaxın zamanda həmin layihəni bank sektoru ilə paylaşmağı nəzərdə tuturuq. Şübhəsiz ki, sektor mütəxəssislərinin rəyləri bizim üçün olduqca önəmlidir və bu çərçivədə veriləcək tövsiyələrə görə minnətdar olarıq. Bu tövsiyələr bank sektorunda korporativ idarəetmə sahəsində yeniliklərə, qabaqcıl təcrübələrə uyğun olaraq daha mütərəqqi tənzimləmələrə istiqamət verir, eyni zamanda, AMB-nin korporativ idarəetmə ilə bağlı tələblərinin hansı istiqamətdə hərəkət edəcəyi barədə əvvəlcədən məlumat verir”, – deyə o qeyd edib.


















