Gündəm

eBay əməkdaşlarının 9%-ni işdən çıxaracaq

ABŞ-ın elektron ticarət şirkəti eBay əməliyyatlarını sadələşdirmək və resurslarını daha sürətlə böyüyən sahələrə yönəltmək məqsədilə əməkdaşlarının təxminən 9%-ni ixtisar edəcək.

ENA.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Ceymi İannon əməkdaşlara göndərdiyi daxili məktubda qərar barədə məlumat verib. Şirkət nümayəndəsi “Reuters”ə açıqlamasında təxminən 1 000 işçinin ixtisar olunacağını təsdiqləyib.

2025-ci ilin sonunda eBay-də 12 300 nəfər çalışıb. Şirkət bu ilin fevralında da işçi qüvvəsinin təxminən 6%-nə, yəni 800 nəfərə ixtisar tətbiq edib. Beləliklə, 2026-cı ildə ixtisar olunan işçilərin ümumi sayı təxminən 1 800 nəfərə çata bilər.

eBay lüks məhsullar, kolleksiya əşyaları və yenilənmiş məhsulların satışına diqqəti artırır. Şirkətin səhmləri bu il təxminən 40% bahalaşıb. Rəhbərlik yeni ixtisarlarla yanaşı, resursların böyümə potensialı yüksək olan istiqamətlərə yönəldiləcəyini bildirir.

İxtisardan təsirlənəcək əməkdaşlara yaxın günlərdə məlumat veriləcəyi açıqlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)