Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Gələn il İTSF-nin büdcəsi 3 milyard manata yaxın olacaq

Gələn il İTSF-nin büdcəsi 3 milyard manata yaxın olacaq

2027-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 980,2 milyon (2026-ci illə müqayisədə 13,7 % çox) olması proqnozlaşdırılır.

ENA.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Xatırladaq ki, gələn il Azərbaycanda dövlət büdcəsi xərclərinin 1,1 milyard manatı və yaxud 2,6 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,2 % çoxdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə