İqtisadiyyat

Azərbaycanda alternativ enerji fəaliyyətinə lisenziya verilməsi üçün dövlət rüsumu ləğv edilir

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı dövlət rüsumu ləğv edilir.

Bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Hazırda qüvvədə olan qanuna görə alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı 100 manat rüsum alınır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)