Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

"Sanksiyalara baxmayaraq neft ixracını davam etdirəcəyik"

"Sanksiyalara baxmayaraq neft ixracını davam etdirəcəyik"

İran tələb olunduğu qədər neft ixrac etməyə davam edəcək.

"Businessinsider.az"ın məlumatına görə, bunu İranın ali lideri Əli Xamneyi öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, ABŞ İranın neft satışlarını boykot etmək cəhdləri heç nəyə gətirib çıxarmayacaq.

Ə.Xamneyi vurğulayıb ki, ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq:

“Onlar ümid edir ki, İran neftin satışını dayandıra bilib. Amma bizim güclü xalqımız və hökumətimiz səylə işləsələr, blokadanı yarmaq olar”.