MALİYYƏ

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

2019-cu ilin Aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10,4 milyon dollar artıb.

"Businessinsider.az" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 30 Aprel 2019-cu il tarixində valyuta ehtiyatları 5 milyard 789 milyon dollar təşkil edib. Martın sonunda ehtiyatlar 5 milyard 778 milyon 600 min dollara çatmışdı.

2018-ci ilin sonu ilə müqayisədə (4 ay ərzində) valyuta ehtiyatları 163,3 milyon dollar artıb. 29 Dekabr 2018-ci il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 625 milyon 7 min dollar təşkil etmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)