Əsas məzmuna keç
Bakı +17°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes-lüğət

Müqavilə ili

Sözün izahı

Bir il və ya daha çox müddətə bağlanmış sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən keçən hər 12 ay ərzindəki müddət.

Misal:

Şəxs sığortaçı ilə 15 iyun 2011-ci il tarixdə 12 ay müddətinə sığorta müqaviləsi imzalayır. Bu halda 15 iyun 2011-ci il tarixdən 15 iyun 2012-ci il tarixə qədər olan müddət müqavilə ili hesab olunur.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu, maddə 2.0.8:

müqavilə ili - icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və həmin müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il.

Beynəlxalq təcrübədən nümunə

Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L123-3:

…sığortaçı sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı müştəriyə xəbərdarlıq etdikdə, sığorta müqaviləsi yalnız cari sığorta ilinin başa çatması ilə xitam verilmiş hesab edilir.

← Biznes-lüğət

Müqavilə ili | ENA.az