Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

212 güzəştli mənzil “öz vəsaiti hesabına” üsulu ilə satıldı

212 güzəştli mənzil “öz vəsaiti hesabına” üsulu ilə satıldı

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 24.09.2022 və 28.09.2022-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 815 mənzilin alqı-satqısı uğurla başa çatmışdır.

ENA.az xəbər verir ki, 815 mənzilin 212-si öz vəsaiti hesabına, 603-ü isə güzəştli kredit hesabına satılıb.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.

Satışın nəticələri barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://mida.gov.az/az/statistics/statistics_35/

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə