Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Nəqliyyat

23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz

23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz

Bakı-Tbilisi-Bakı qatarı ilə səfər zamanı Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq olacaq.

ENA.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bundan əlavə kiçik əl yükü üçün də ödəniş tələb olunmur. 

Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir.

Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə