Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Anthropic rəhbəri: İnsanlar idarəetməni süni intellektə təhvil verməməlidir

Anthropic rəhbəri: İnsanlar idarəetməni süni intellektə təhvil verməməlidir
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

ENA.az xəbər verir ki, “Anthropic” şirkətinin baş icraçı direktoru Dario Amodei insanların öz iradə və qərarvermə hüquqlarını süni intellektə təhvil verməsinin yanlış olduğunu bildirib.

Amodei “Axios” nəşrinin Anthropic daxilində bəzi şəxslərin gələcəkdə müəyyən qərarların superintellektual süni intellekt sistemlərinə həvalə edilməsini dəstəklədiyi barədə materialına münasibət bildirib. O, insanların siyasi və ictimai idarəetməni süni intellektə verməli olduğu fikrini rədd edib.

Şirkət rəhbərinin sözlərinə görə, səmərəlilik və təhlükəsizlik naminə legitimlik və öz müqəddəratını təyin etmək hüququ qurban verilməməlidir. O, süni intellektin cəmiyyəti idarə etməsini avtoritar idarəçiliklə müqayisə edərək belə bir yanaşmanı dəstəkləmədiyini vurğulayıb.

Bununla yanaşı, Amodei süni intellektin konkret sahələrdə daha geniş tapşırıqları müstəqil yerinə yetirməsinin faydalı ola biləcəyini qeyd edib. Onun fikrincə, avtomobil idarəçiliyi, xərçəngə qarşı dərmanların hazırlanması və proqram təminatının yaradılması kimi sahələrdə avtomatlaşdırma iqtisadi fayda verə və insanların həyatını xilas edə bilər.

Lakin o, bu prosesin əmək bazarına təsiri və süni intellektin insan nəzarəti olmadan daha güclü modellər hazırlaması kimi risklərə də diqqət çəkib. Amodei bəzi hallarda texnologiyanın tətbiqinin yavaşladılmasının və ya məhdudlaşdırılmasının zəruri ola biləcəyini bildirib.

O, digər süni intellekt şirkətlərinin rəhbərlərini də “insan nəzarəti” və “insan iradəsi” barədə şüarlar səsləndirməklə yanaşı, məhsullarında tapşırıqların avtomatlaşdırılmasını genişləndirməkdə ittiham edib.
(Bloomberg HT)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə