Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Azərbaycan səfirliyinə hücum məni şoka salıb - Zaxarova

Azərbaycan səfirliyinə hücum məni şoka salıb - Zaxarova

“Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb”.

ENA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

“Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə