Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycanda bank rəhbərliyinə italiyalı bankir gətirilib

Azərbaycanda bank rəhbərliyinə italiyalı bankir gətirilib

Ötən həftənin son iş günündə Banker.az “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasında italiyalı bankirin  Niccolo Ubertalli-nin vəzifəsini tərk etməsi barədə məlumat verilmişdi.

ENA.az xəbər verir ki, Banker.az-a daxil olan məlumata görə, N.Ubertalli-ni artıq onun həmyerlisi Marco Iannaccone əvəz edib. M.Iannaccone bundan sonra “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının Sədrinin Müavini vəzifəsində çalışacaq.

Eləcə də bax: "Xalq Bank”a məxsus kartlardan vəsaitlər silinib

Marco Iannaccone 1983-cü ildə Universita degli Studi di Venezia-dan bakalavr bitirib, daha sonra isə Clemson Universitetindən İdarəetmə üzrə magistratura təhsili alıb.Professional karyerasında 2002-ci ildə “Unicredit Private Banking SpA”da Aktivlərin idarəedilməsi bölməsinin aidiyyətdə M&A fəaliyyəti üzrə məsul şəxs kimi başlayıb, daha sonra isə müxtəlif illərdə Unicredit Şəxsi Sərvət məsləhəçisi, Strategiya, Planlama və nəzarət üzrə rəhbər vəzifələrdə fəaliyyətini davam etdirib. 2008-2013-cü illərdə isə Bank Pekao Sa-da Baş Maliyyə məmuru vəzifəsini icra edib. 2013-2016-cı illərdə “Yapı Kredi Bankası” A.Ş (Türkiyə) ofisində İcraçı Vitse Prezident və Baş Maliyyə direktoru vəzifəsində çalışıb. 2016-2019-cu illərdə isə “UniCredit” Bankının (Macarıstan) Baş Direktor müavini olub.

Eləcə də bax: “PAŞA Həyat”da yeni təyinat

Həmçinin, 2019-cu ilin iyil ayından etibarən isə “Yapı Kredi Bankası” A.Ş (Türkiyə) ofisində İcraçı Direktor və Əməliyyatlar üzrə Baş İnzibatçı vəzifəsində fəaliyyətini davam etdirir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə