Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Azərbaycanda bu universitet fəaliyyətini dayandıracaq - Nazir açıqladı

Azərbaycanda bu universitet fəaliyyətini dayandıracaq - Nazir açıqladı

“Naxçıvan” Universitetinin bağlanması ilə bağlı bizə müraciət olunub. Bu, özəl univetsitetdir və bağlanma da təsisçinin qərarıdır”.

ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il həmin universitetin sonuncu kursunda təhsil alan tələbələr ali məktəbi bitirəcəklər. Aşağı kurslarda təhsil alanlar isə müvafiq qaydada digər ali məktəblərə köçürüləcəklər: “Əgər tələbənin balı yüksəkdirsə, universitetə qəbul olarkən hansı ali məktəblərə qəbul ola bilərdisə, həmin ali məktəblərdən birinə köçürülə bilər. Və ya yaşayış yerinə uyğun olaraq ali məktəblərə qəbul olunacaqlar”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə