Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycanda ilk dəfə qızıl və gümüş üçün satış və mübadilə mərkəzi yaradılır

Azərbaycanda ilk dəfə qızıl və gümüş üçün satış və mübadilə mərkəzi yaradılır

“AzerGold” QSC ölkədə zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə vermək niyyətindədir.

Bu barədə “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, bu məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində də intensiv iş aparılır. Mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə