Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxanların yeni sayı açıqlandı - - SON MƏLUMAT

Azərbaycanda koronavirusa yoluxanların yeni sayı açıqlandı - - SON MƏLUMAT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "ENA"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Eləcə də bax: ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib

Hazırkı dövrədək Azərbaycanda 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 882 nəfərdir.

Ötən müddət ərzində 1 728 577 test aparılıb. Bugünkü test sayı isə 10 342-dir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə