Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb

Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb

2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əməkhaqqısı 4 dəfəyə qədər artıb.

ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müəllim heyəti üzrə orta aylıq əməkhaqqısı 1 030 manatdır:

“Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqısı 1 300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əməkhaqqısı 1 010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanamayan heyət üzrə 23 984 nəfərin orta aylıq əməkhaqqısı 770 manatdır”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə