Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Azərbaycanın telefon bazarında “Apple”ın payı azalır, “Samsung”un payı artır

Azərbaycanın telefon bazarında “Apple”ın payı azalır, “Samsung”un payı artır

Bu ilin noyabr ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 44.93 % təşkil edib.

ENA.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, bu ilin oktyabr ayı ilə müqayisədə “Samsung”un  bazar payı 6.26% artıb.

!@#

Cari ilin noyabr ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı 29.54 % təşkil edib ki, bu ilin oktyabr ayı ilə müqayisədəbu göstərici 1.09% çoxdur.

Üçüncü yerdə isə  bazar payı 14.72 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki,  bu şirkətin Azərbaycan üzrə bazar payı noyabr ayı ərzində 6.1% azalıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə