Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bank rəhbərliyindən holdinqə transfer oldu

Bank rəhbərliyindən holdinqə transfer oldu

“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və Baş Korporativ işlər inzibatçısı Vyaçeslav Ayvazov vəzifəsindən ayrılıb.

Məlumata görə, o, avqust ayından etibarən ana şirkət “Azersun Holding” MMC-də Hüquq departamentinin direktoru kimi çalışacaq.

Vyaçeslav Ayvazov 2009-cu ildən bank sahəsində çalışır. Onun bankda ilk iş yeri “NİKOİL Bank” (hazırda Yelo Bank) olub. Hüquq sahəsində çalışan Ayvazov 2013-2014-cü illərdə bu bankda filial müdiri vəzifəsinə yüksəlib.

2014-2016-cı illərdə “DIA Holding”də hüquq menecer kimi çalışıb.

2016-cı ildən ASB Bankın hüquq departamentində direktor, son üç ili isə İdarə Heyətinin üzvü seçilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə