Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Bankların dolllar alışı artdı - HƏRRAC (22.02.2024)

Bankların dolllar alışı artdı - HƏRRAC (22.02.2024)

Azərbaycan Mərkəzi Bankı bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 108,1 milyon dollar satıb.

“Fevralın 22-də keçirilən hərracda tələb 108,1 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Xatırladaq ki, fevralın 20-də keçirilən hərracda banklara 102,6 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə